Moskva ətrafı Leninskie Qorki rayonunda fəhlələr arasında kütləvi zəhərlənmə baş verib.
Unikal.org xəbər verir ki, zəhərlənənlərin sayı 14 nəfərdir. Faktı regional Səhiyyə İdarəsi təsdiq edib. Məlumata görə, 7 nəfər öz istəyi ilə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Qalanları isə xəstəxanaya yerləşdirilib.
Fəhlələrin naməlum qazdan zəhərləndiyi qeyd edilir. İnsidentlə bağlı artıq araşdırmalara başlanılıb.