Fantastik janrda çəkilən "Star Trek" serialının aktyoru tələbələrinə təcavüz etməkdə günahlandırılır.

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin paytaxtı Londonda, Notinq Hildə yaşayan aktyor Chris Obi (Kris Obi) 6 tələbəsinə təcavüz etməkdə təqsirli bilinib.

İddialara görə, aktyor seks səhnəsi çəkilişlərinin məşqləri zamanı tələbələrinə qarşı seksual xarakterli hərəkətlər edib.

"Netflix"in "Star Trek:Discovery" serialında Klinqon obrazını canlandıran aktyor tələbələrinə evində özəl dərs keçərkən fürsətdən istifadə edərək onları zorlayıb.

Aktyor 2012-ci ildən 2018-ci ilə qədər evinə gələn qadın tələbələri ilə intim yaxınlıq edib.

The Sun-ın məlumatına görə, aktyor 6 qadının şikayətinə əsasən, Los Ancelesdən İngiltərəyə qayıdarkən "Heathrow" hava limanında saxlanılıb. O, ifadəsi zamanı iddiaları təkzib edib. Aktyor müəyyən məbləğdə pul ödədikdən sonra sərbəst buraxılıb.