Rusiyaya 24 yaşlı makiyaj və gözəllik üzrə bloqqer olan Yekatrina K-nın ölümündən danışır.
Unikal.org xəbər verir ki, eyni zamanda tibb fakultəsində təhsil alan gənc qız evində ölü tapılıb.
Ailəsi uzun müddət Yekatrinadan xəbər ala bilməyincə ev sahibinə zəng edib evə baxmalarını istəyib. Ev sahibi isə gördüyü mənzərə qarşısında şok keçirib. Gənc qızın cəsədi başı kəsilmiş halda çemodandan çıxıb.
İnstaqramda 80 mindən çox izləyicisi olan bloqqerin keçən günlərdə sevgilisindən ayrılıb özündən yaşca böyük olan bir kişi ilə birlikdə olduğu məlum olub. Yeni sevgililər Hollandiyada tətil üçün rezervasiya etdirmişdilər. Polis hadisənin qısqanclıq zəminində baş verdiyini düşünür.