İngiltərənin paytaxtı Londonda 32 yaşlı Skott Klifford 18 yaşlı sevgilisi Nataşa Hilli öldürüb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onun bu cinayəti törətməsinə səbəb qısqanclıq olub. Belə ki, Skott Klifford sevgilisi Nataşa Hillə bir şəxsin cinsiyyət orqanının fotosunu yolladığını görüb və  bu zaman onunla dalaşmaya başlayıb. Hadisə baş verən gün cütlük alış-veriş etfdikdən sonra Skottun bacısının evinə gedib. Cütlük söhbət etdikləri zaman 18 yaşlı Nataşanın telefonuna adı açıqlanmayan bir şəxs əxlaqsız şəkil göndərib. 

Sevgililər bu görüntüdən sonra mübahisə etməyə başlayıblar. Dava əsnasında Klifford sevgilisini ağır bir əşya ilə döyüb, öldürüb.   Daha sonra Klifford təcili yardıma xəbər verib. Hadisə yerinə gələn səhiyyə işçilərinə sevgilisinin pilləkəndən yıxıldığını deyib.  Ancaq ekspertiza zamanı onun yalan danışdığı, qadının bədənində 50-dən çox yara izi aşkarlanıb. 

Hətta ekspertiza zamanı məlum olub ki, boğazının möhkəm sıxılmasına görə, qızın gözlərindəki damarlardan qan çölə sızıb. Bununla bağlı məhkəmə işi hələ də davam edir.