Bu ilin yanvar-may aylarında əvvəlki ilin anoloji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal maaş 3,9% artaraq 821,4 manat olub.
Unikal.org xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin hesabat dövründə ən yüksək orta aylıq maaş sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdədir.
Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.