Ankarada fiziki və əqli qüsurlu B.B. adlı qadın  xidməti avtobusun sürücüsü tərəfindən təcavüzə məruz qalıb. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, paytaxtda özəl məktəbdə təhsil alan 25 yaşlı qadın evə getmək üçün xidməti maşınına minib. Sürücü onu evinə çatdırdıqdan sonra ailəsinin yas mərasimində olduğunu öyrənib və içəri girib. Bir müddət evdə qalan Həsən B. əlil qadına təcavüz edib və maşını ilə oradan uzaqlaşıb. 

Ailəsi evə gəldikdən sonra qızlarının təcavüzə məruz qaldığını anlayıb və polisə xəbər veriblər. 54 yaşlı manyak Həsən B saxlanılıb.