Samsunda bir müddətdir itkin düşən 3 yeniyetmənin meyiti tapılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, göldə aparılan axtarışlar nəticəsində Adəm, Giray və Turan Bəslərin cansız bədənləri tapılıb. Onların yaxın qohum olduqları bildirilib.
Məlumata görə, bu yeniyetmələr uşaqlıqdan birlikdə böyüyüblər.
Yeniyetmələrin cansız bədənləri göldə də bir-birlərini qucaqlamış vəziyyətdə tapılıb. Onların boğularkən kömək üçün bir-birlərindən tutduqları güman edilir.