24 yaşlı rusiyalı “Instagram” fenomeni Yekatrina Semokçinanı 33 yaşlı sevgilisi Maksim Qareyev öldürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cinayətə səbəb 24 yaşlı sevgilisinin Maksimi yataqda olarkən təhqir etməsi olub. Qareyevin iddialarına görə, sevgilisi onu dəfələrlə təhqir edib və cinsi əlaqə performansını bəyənmədiyini deyib.
Cinayəti etiraf edən Qareyev sevgilisini sinəsindən və boynundan ən azı 5 dəfə bıçaqladığını deyib. Etdiyi əmələ görə peşmançılığını bildirən adam araşdırmalara kömək edəcəyinə söz verib.
33 yaşlı sevgilisi modeli öldürdükdən sonra əlləri və ayaqlarını bağlayıb və çemodanın içərisinə qoyub. Qızın valideynləri onun evinə gəldikdə həmin çemodanla qarşılaşıblar.
Vəziyyətin bu həddə gəlib çatmasının səbəblərindən biri də oğlanın maddi imkanın aşağı düşməsi olub. Qareyev həmçinin sevgilisinin bir müddət əvvəl 52 yaşlı bir kişi ilə birlikdə olduğunu və onların birlikdə Hollandiyaya gedəcəklərini də bildirib.