Almaniya Superkubokunun qalibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, mükafatın sahibi Dortmundun “Siqnal İduna Park” sadionunda keçirilib.

Ötən mövsüm həm çempionat, həm kubokda qalib olaraq “Qızıl dubl”a imza atan “Bavariya” Dortmund “Borussiya”sı ilə görüşüb. Sonuncular Bundesliqanın gümüş mükafatçısı kimi Superkubokda oynamaq hüququ qazanıb.

Belə ki, ölkə çempionu kuboku da qazanarkən bəzi ölkələrdə finalçı, bəzisində gümüş mükafatçı Superkubokda qüvvəsini sınayır. Almaniyada bu hüquq çempionatın ikincisinə verilir. Ardıcıl 8-ci dəfə Superkubok matçına çıxan, yarışın yeddiqat qalibi olmaqla rekord sahibi Münhen təmsilçisi yeni mövsümə mükafatla başlamaq iddisası ilə çıxıb. Son üç ildə Superkuboku heç kimə verməyən, bunların ikisində məhz Dortmund təmsilçisini yenən “Bavariya” bu dəfə uğursuzluqla üzləşib.

Oyunun taleyini fasilədən sonra vurulan qollarla həll edən “Borussiya” 6-cı dəfə bu mükafatı başı üzərinə qaldırıb.