Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Unikal.org xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Neftçi”nin də potensial rəqibi məlum olacaq. Bakı təmsilçisi 3-cü təsnifat mərhələsindəki rəqibi İsrailin “Bney Yehuda” klubunu mübarizədən kənarlaşdıracağı halda, səpələnməmişlər səbətində yer alacaq və 5 cütdən birinin qalibi ilə qarşılaşacaq. Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:30-da start götürəcək.
Antverpen (Belçika) – Viktoriya (Çexiya)
Brondbü (Danimarka) – Braqa (Portuqaliya)
Vaduts (Lixtenşteyn) – Ayntraxt (Almaniya)
Malmö (İsveç) – Jirinski (Bosniya və Herseqovina)
Partizan (Serbiya) – Malatyaspor (Türkiyə)
Azərbaycanı Çempionlar Liqasında təmsil edən və Kiprin APOEL klubu ilə qarşılaşacaq “Qarabağ” 3-cü təsnifat mərhələsində mübarizəni dayandırarsa, yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək. “Köhlən atlar” səpələnmişlər səbətində yer alacaq və turnirin 3-cü təsnifat mərhələsindəki bu cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq:
Sutyeska (Monteneqro) – Linfild (Şimali İrlandiya)
Ludoqorets (Bolqarıstan) – TNS (Uels)
Sarayevo (Bosniya və Herseqovina) – BATE (Belarus)
Astana (Qazaxıstan) – Valletta (Malta)
Slovan (Slovakiya) – Dandalk (İrlandiya)