"Musa Al-Tamari oynamayacaqsa, 3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik".
Unikal.org xəbər verir ki, bu fikirləri Kiprin APOEL komandasının baş məşqçisi Paolo Trametsani "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, məşqlərdə digər sistemlərdən də istifadə edirlər: "Rəqib 11 ildir eyni baş məşqçi çalışır. Onlarla görüşə hazır olmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".
İtaliyalı məşqçi "Qarabağ"ın topla çox oynayan bir kollektiv olduğunu sözlərinə əlavə edib: "Onlar oyuna nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidir. Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Oyunçuların eyni ruhla oynayacağına inanıram".
Trametsani üç müdafiəçi ilə meydana çıxmaq barədə də fikirlərini bölüşüb: "Bizim necə oynayacağımız önəmli deyil. Mən buraya gəldikdən sonra bu sistemlə mübarizə apardıq və "Apollon"u məğlub edə bildik. Biz daha çox qol vurduq və daha az buraxdıq. Sabah çətin bir işimiz var. Əsas sistem deyil. 10 müdafiəçi ilə oynaya və qol vura bilərik. Bəlkə də, bu, ən yaxşı sistem deyil. Ancaq bizə inam verir və özümüzü rahat hiss edəcəyik".
Qeyd edək ki, APOEL - "Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
"Sabah çətin bir işimiz var” - rəqib baş məşqçi
21:14 05-08-2019
İDMAN
Digər Xəbərlər
2024-12-28 19:27:57
2024-12-28 18:05:31
2024-12-28 15:40:15
2024-12-28 14:15:23
2024-12-28 13:59:40
2024-12-28 10:50:00
2024-12-28 00:00:39
2024-12-27 21:55:59
2024-12-27 21:20:30
2024-12-27 19:07:40
2024-12-27 18:21:00
2024-12-27 17:06:45
2024-12-27 12:14:14
2024-12-27 09:40:00
2024-12-27 09:14:24
2024-12-27 00:12:04
2024-12-26 21:24:59
2024-12-26 21:12:40
2024-12-26 20:28:23
2024-12-26 19:00:32