Braziliya komandası Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin qalibi olub.

Unikal.org xəbər verir ki, turnirin final qarşılaşmasında Braziliyaya məğlub olan Avstriya komandası gümüş medalla kifayətlənib. İran kollektivi isə turniri üçüncü pillədə başa vurub. Qadınların yarışında Almaniya və Braziliya futvolleyçilərindən təşkil olunmuş kollektiv birinci olub. Rusiyanın iki komandası isə ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 15 ölkədən 30 komanda birincilik uğrunda mübarizə aparıb.  

Azərbaycan bu turnirində 4 komanda ilə təmsil olunub.  3 komanda qrupdan çıxsa da bir komanda 1/4 final mərhələsində məğlub olub. Digərləri isə yarımfinalda uduzub.  Bundan əlavə qadınların mübarizəsində 10 komanda iştirak edib. Final mərhələsinə 4 komanda çıxa bilib. 

Onu da bildirək ki, turnir başlamamışdan öncə  iştirakçı komandalar üçün 1 həftə təlim-məşq toplanışı təşkil olunub.