Avqustun 7-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Qivi Kartozianın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri turniri keçiriləcək.
Unikal.org AGF-yə istinadən xəbər verir ki, yarışda ölkəmizi hər iki yığmamızın üzvləri təmsil edəcək.
Sərbəst güləşçilərin yarışında məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili, Şahin Muxtarov (hər ikisi -57 kq), Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov, Əhmədnəbi Qvarzatilov (hamısı -61 kq), Qitinoməhəmməd Hacıyev, Davud İbrahimov (hər ikisi -70 kq), Toğrul Əsgərov, İsmayıl Abdullayev (hər ikisi -74 kq), İbrahim Yusubov (-79 kq), Hacımurad Məhəmmədsəidov (-86 kq) və Şamil Zubairov (-92 kq) mübarizə aparacaq.
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Rövşən Bayramovla məşqçi Turac Hüseynlinin rəhbərliyi altında uğur qazanmağa çalışacaq. Heyətdə Taleh Məmmədov (-60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi -63 kq), Kamran Məmmədov (-67 kq), İslambəy Dadov (-72 kq), Həsən Əliyev (-77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi -82 kq), Orxan Nuriyev (-97 kq) və Beka Kandelaki (-130 kq) yer alıb.
Qeyd edək ki, bunlardan Olimpiya çempionumuz Toğrul Əsgərov təxminən 2,5 ildən sonra beynəlxalq yarışa çıxacaq. O, sonuncu dəfə 2017-ci ilin yanvarında Hindistanın paytaxtı Dehlidə keçirilən peşəkar güləş liqasında yarışıb.