Türkiyə Radio-Televiziya Şurasının (RTÜK) son keçirdiyi konfransında evlilik verilişləri müzakirə olunub.
İnsanlar tərəfindən ən çox şikayət olunan verilişlər barədə qərar qəbul edilib.
Televiziya qanunlarına uyğun olaraq Kanal D, FOX TV, Star TV və Flash TV-də yayımlanan evlilik proqramlarında əxlaqa zidd sözlər, hadisələrin dramatikləşdirilməsi, aktyorların israrla layihələrə cəlb olunması kimi hallara rast gəlinib.
Qurum bu səbəbdən həmin TV-lərə pul cəzası verib, kanal rəhbərlərinə məlumat göndərilib. ("Qafqazinfo")