Dünya ulduzları arasında simicliyi ilə ad çıxaranlar kimlərdir?

Unikal.org atv.az-a istinadən bildirir ki, xəsisliyi ilə ad çıxaran məşhurlar arasında Madonnanın adı ilk sıralarda yer alır. Milyonların sahibi olan müğənni yaşadığı malikanəyə gələn telefon hesablarını bir-bir yoxlayır, özünün etmədiyi danışıqlara görə pulu qulluqçusunun maaşından çıxır. Bundan başqa, getdiyi restoranlarda yediyi hər şeyin qiymətini qəpiyi ilə hesablayan Madonna artıq pul ödəməməyə çalışır.

Qəpiyin qədrini bilən məşhurlardan biri də tanınmış modelyer Viktoriya Bekhemdir. Yaratdığı markalardan kifayət qədər pul əldə edən, milyonlarla gəliri olan Viktoriya buna baxmayaraq, çox vaxt hər hansı məkana tramvayla gedir, ucuz şərab içir, bazarlıq üçün də ucuz supermarketlərə üz tutur.

Müğənni Britni Spirs də pul xərcləməyi sevməyən məşhurlardandır. Ulduz heç vaxt ofisiantlara bəxşiş vermir, üstəlik yeməyi bəyənmədikdə yediklərinin pulunu da verməkdən boyun qaçırır.