Cəsur paylaşımları və gözəl bədən quruluşu çox sayda fanatı olan Hadisə ötən gün konsert verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o "İnstagram"da "Məkanın sahibi geri geldi" sözləriylə konsertdən görüntülər paylaşıb. Onun izləyiciləri Hadisənin özünü Cenifer Lopezə oxşatmaq istədiyi rəylərini yazıblar.
Bülənt Ərsoy isə onun bu sözlərinə belə şərh edib:
“Hadisə xanımı gördüm, çox gözəl idi. Lopez kimi geyinmişdi. Ombaları çox xoşuma gəldi, qum saatı kimi idi. 5 gün oxudu, hələ də oxuyacaqmış. Həmin məkanın sahibi isə məncə Ebru Gündeş və Tarkandır”.