Mərhum sənətçi İlhamə Quliyevanın şikayəti əsasında həbs olunan köməkçisi Mehriban Hüseynova ilə bağlı cinayət işinin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir.
Unikal.org bildirir ki, bu barədə AzNews.az-a açıqlamasında M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. Vəkil bildirib ki, M.Hüseynova ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir: "Bir həftəyə kimi cinayət işi məhkəməyə göndərilir. Biz də hələ işlə tam tanış olmamışıq. Bilmirik ki, hansı sübutlar əsasında bu işi məhkəməyə göndərirlər. Yəqin ki, bir həftəyə kimi biləcəyik".
Qeyd edək ki, Mehriban Hüseynova köməkçisi işlədiyi mərhum sənətkar İlhamə Quliyevanın şikayəti əsasında həbs edilib.