Rusiyanın Yekaterinburq şəhərində yerləşən Azərbaycan konsulluğunun qarşısında partlayış baş verib.
Unikal.org ANS Press-ə istinadən xəbər verir ki, hadisəyə konsulluğun qarşısından keçən trolleybusda hava balonunun partlaması səbəb olub. Hava balonu trolleybusun salonunun sonunda oturacaqların altında yerləşir.
Şahidlərin sözlərinə görə, partlayışın səsi o qədər güclü olub ki, yaxınlıqda yerləşən bina sakinləri təşvişə düşərək qışqırmağa başlayıblar.
Partlayışdan qorxuya düşən sərnişinlər trolleybusu tərk edərək küçəyə çıxıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.