Dünən biznesmen Barat Abdullayevin şikayəti əsasında həyat yoldaşı Təyminə Abdullayevanın həbs olunması barədə məlumat yayımlanıb.
Unikal.org-un məlumatına görə, T.Abdullayevanın vəkili Vasif Israfilov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs artıq azadlıqdadır: "Cinayət işi Nərimanov Rayon Polis İdarəsindən alınaraq birbaşa Daxili Işlər Nazirliyinin nəzarətinə verilib. Nazirliyin müstəntiqi işin hallarında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsini yaradacaq sübutlar aşkar olunmayıb. Buna görə də Təyminə Abdullayevanın dərhal Müvəqqəti Saxlanma Yerindən azad olunmasına qərar verilib. Daxili İşlər Nazirliyinin istintaqı obyektiv aparacağına inanırıq və ədalətli qərarına görə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, vəkil redaksiyamıza müraciət edərək bildirmişdi ki, işin istintaqının aparıldığı Nərimanov rayon Polis İdarəsində qanunsuzluğa yol verilib. Məsələ "Qafqazinfo"da yayımlandıqdan və ictimailəşdirildikdən sonra, cinayət işinin aparılması Baş Prokurorluğun və DİN-in nəzarətinə götürülüb. Nəticədə Təyminə Abdullayeva həbsdən azad edilib.
Xatırladaq ki, B.Abdullayev və T.Abdullayevanın boşanma məhkəməsi davam edir. Hər iki şəxs bir-birini dələduzluqda ittiham edir.