Bəşər Əsəd rejimi tərəfdaşları Rusiyanın hava dəstəyi ilə İdlib müqaviləsinin şərtlərini pozaraq Xan Şeyxun ərazisini ələ keçirmək üçün əməliyyatlara başlayıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlara İran və Rusiya dəstələri, eləcə də muzdlu əsgərlər dəstək verir. Atışmalar hazırda həmin ərazidən 400 metr məsafədə Nimr adlanan yerdə davam edir. Suriyanın İdlib bölgəsi rejim qüvvələri hərbi təyyarələrlə bombardman edilir.