Salyanda yol qəzası baş verib.
Unikal.org-un Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İrandan qayıdan müğənni Cəmilə idarə etdiyi "Hundai" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində müğənni xəsarətsiz ötüşsə də yanındakı sərnişin, Bakı şəhər Yasamal rayon sakini, 65 yaşlı Mahirə Əlisa qızı Abışova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.