Almaniyanın xarici işlər naziri, ATƏT-in sədri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağa səfər etmək niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ştaynmayer bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Berlində Qarabağ münaqişəsini müzakirə edib: "Ştaynmayer atəşkəsin möhkəmləndirilməsini alqışlayır. Görüşün iştirakçıları siyasi danışıqlara genişləndirilməsi ilə bağlı razılığa gəliblər. Bugünkü danışıqların gedişatında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılacaq addımlar və Ştaynmayeranın regiona qarşıdakı səfəri müzakirə olunub".
Qeyd edək ki, Almaniya parlamenti bir müddət əvvəl "erməni soyqırımı" ilə bağlı layihəni qəbul edib. Bu qərar Azərbaycan və Türkiyənin kəskin etirazı ilə nəticələnib.