Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinə rektor təyin olunan Nurlana Əliyeva haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub.
Unikal.org xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nurlana Əliyeva uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvüdür və bu partiyada sıravi deyil. Belə ki, o hakim partiyanın Qadınlar Şurasının sədridir.
İndiyə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecinə rəhbərlik edən Nurnala Əliyeva həm də öz partiyadaşı və Milli Məclisin qocaman deputatı Hacı Rəcəblinin qohumudur. Belə ki, xanım rektorun qızı Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin oğlunun həyat yoldaşıdır.
Məlumata görə, yeni rektorun öz oğlu da qanunverici orqanda çalışır. Onun oğlunun parlamentdə məsul vəzifə tutduğu qeyd edilir.