Türkiyə polisi qaçaqmalçılara qarşı xüsusi əməliyyat keçirib.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Malatya vilayətinin Darende rayonunda reallaşdırılıb.
Əməliyyat zamanı təxminən 5 min yaşı olduğu ehtimal edilən qədim kitab ələ keçirilib.
Bildirilir ki, ceyran dərisi üzərində ivrit dilində yazılan tarixi kitabın qiyməti 5 milyon ABŞ dolları dəyərindədir. Faktla bağlı 3 nəfər həbs olunub.