Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.
Unikal.org APA-ya istinadən məlumat verir ki, rayon sakini 39 yaşlı İlqar Qulam oğlu Abbasovla qardaşı Etibar arasında yeyib-içmək məclisi zamanı mübahisə düşüb. Qardaşlar mübahisəni küçədə davam etdiriblər. Qohumları onları sakitləşdirərək aralayıblar. Bir qədər sonra qardaşlar arasında yenidən mübahisə düşüb. Bu zaman Etibar cibindən çıxardığı bıçaqla İlqarın ayağına zərbə endirib. Yaralı İlqar Abbasovu qohumları xəstəxanaya çatdırıblar. Yaralı dərhal əməliyyata götürülüb. İlqar Abbasovun həyatını həkimlər xilas edə biliblər.
 
Qardaşını bıçaqlayan Etibar Abbasov könüllü olaraq 12-ci polis bölməsinə gələrək təslim olub.
 
Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.