Belçikaya əməliyyat olunmaq üçün gedən keçmiş təhsil və elm naziri Armen Aşotyanı qaldığı mehmanxanada döyüblər.
 
Aşotyan bu barədə Feysbuk hesabında yazıb.
 
"İndi yaza bilərəm. Belçikanın Leven şəhərində qaldığım mehmanxanada mənə hücum etdilər. Belçika polisi məsələ ilə bağlı araşdırma aparır. Ailəm və yaxınlarım narahat olmasın deyə, bu barədə Ermənistana qayıdana qədər heç nə demədim. İndi vəziyyətim yaxşıdır", - Aşotyan bildirib.(Axar.az )