Millət vəkili Zahid Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.
 
Bununla bağlı bu gün spiker Oqtay Əsədov İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.
 
O. Əsədov komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.
 
Qeyd edək ki, MM-in bugunkü iclasında spikerlə deputat arasında mübahisə yaranıb. O. Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z. Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.  (APA)