Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 406,2 milyon manat xalis mənfəət əldə edib.

Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 dəfə çoxdur.

7 ay ərzində aylarında bankların əməliyyat gəlirləri 1 497,8 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 16,6% çox), əməliyyat xərcləri 958 milyon manat (4,4% çox), xüsusi ehtiyatlara ayırmaları 117,1 milyon manat (63,1% az), digər gəlirləri 21,4 milyon manat (23,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 37,9 milyon manat (2,1 dəfə çox) təşkil edib.