Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyuta və zərgərlik məmulatının gömrük sərhədindən düzgün bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) Unikal.org-a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistana getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb və hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb.
Nəticədə, həmin vətəndaşların birindən 30 min ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.