Avropa İttifaqı (Aİ) Tədqiqat və Innovasiya üzrə Tərəfdaşlıq (PRİMA) layihəsi çərçivəsində Azərbaycanda dəvəçiliyin inkişaf etdirilməsi üçün pul ayırıb.
Unikal.org xəbər verir ki, ümumi büdcəsi 2 milyon avro olan layihəyə Fransa, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar adaları daxil edilib. 3 il davam edəcək və 2 milyon avro büdcəsi olan layihə çərçivəsində Türkiyədə dəyəri 375 min avro olan Aydının İncirliova mahalında dəvə ferması salınıb.
Azərbaycanda da büdcəsi 250 min avro olan dəvə fermasının açılması gözlənilir.
Qeyd edək ki, layihənin məqsədi ölkələrdə dəvələrin sayını artırmaq və bu heyvanın südünü ixrac etməkdir.
Xatırladaq ki, bu gün dünyada 35 milyona yaxın dəvə var. Azərbaycanda isə 200 baş dəvə olduğu deyilir.