Sivas şəhərində təhlükəli heyvanları saxlayanlara 7802 TL (2328 manat) pul cəzası veriləcəyi və heyvanların sahiblərindən alınacağı bildirilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 4 it cinsini saxlamaq qadağan edilib.

Onlara Pitbull, Japanese Tosa, Dogo Argentino və Fila Brasilero aiddir. Bu növ itlərin Türkiyəyə gətirilməsi, çoxaldılması, satılması, reklam edilməsi, sərgilənməsi və hədiyyə edilməsi qadağan olunub.