Bakı Beynəlxalq Avtovağzalı iyul ayının 1-dən etibarən beynəlxalq sərnişindaşıma sahəsində yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir.
Unikal.org xəbər verir ki, bu barədə Milli.Az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmqanqızı bildirib.
Onun sözlərinə görə, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, növbəti aydan Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcəkdir. Artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq.
Həftənin 2-4-6-cı günləri həyata keçiriləcək reyslərdə biletin qiyməti 130 AZN təşkil edir.
Qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.