Braziliya millisinin hücumçusu Neymar dünən Kolumbiyaya qarşı keçirilən yoxlama oyununda (2:2) iştirak edib.
Unikal.org xəbər verir ki, bu, onun son üç ayda meydana çıxdığı ilk matç olub. O, 19-cu dəqiqədə Kazemiroya qol ötürməsi edib, 58-ci dəqiqədə isə özü də qol vurub.
Qeyd edək ki, Neymar son dəfə 3 ay əvvəl Qətərlə yoxlama görüşündə oynamışdı. Həmin matçın 19-cu dəqiqəsində isə zədələndiyi üçün əvəzlənmişdi.
Bu mövsüm o, Fransa Liqasında komandası PSJ ilə oyuna çıxmayıb.