Suriya ordusu və müttəfiqləri müxaliflərə qarşı kimyəvi bombalardan istifadə edir.
Bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr Almaniya mətbuatına deyib.
Onun sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsəd devrilməzsə, müharibə bitməyəcək:
"Suriya ordusu və müttəfiqləri müxaliflərə qarşı kimyəvi bombalardan istifadə edir. Bunun üçün Suriya müxalifətinə zenit raketləri verməliyik. Əgər Əsəd devrilməzsə, müharibə davam edəcək". (Axar.az)