UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçının təyinatları bəlli olub.
Unikal.org-un məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yeven Aranovskiyə yan xətt hakimləri Semen Shlonçak və İhor Alokin köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Yaroslav Kozuk yerinə yetirəcək. Hakim - İnspektor Bosniya və Herseqovinadan Elmir Pilav, UEFA nümayəndəsi isə bolqarıstanlı Boris Stankov olacaq.
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.