"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo İngiltərədə "Piers Morgan" telekanalında proqrama qatılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçu 2005-ci ildə 52 yaşında sirroz xəstəliyindən dünyasını dəyişən atasının videosunu izləyərkən gözyaşlarına hakim ola bilməyib.
"Mən verilişin əyləncəli olacağını düşünmüşdüm. Bu videonu ilk dəfədir görürəm. Ailəm, anam, uğurlarıma şahid olub. Ancaq atam görmədi. O, içki düşkünü idi. Atamla heç vaxt normal söhbətimiz və onu tanımaq fürsətim olmayıb" deyə o, bildirib.