“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlər tükənmək üzrədir.
Unikal.org klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 2 min bilet qalıb. Oyun üçün satışa 30 min bilet çıxarılıb.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.