Azərbaycan yığması 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Unikal.org-un məlumatına görə, sərbəst güləşçi Şərif Şərifov ardıcıl üçüncü dəfə dördilliyin ən mötəbər turnirində çıxış hüququ əldə edib.
Olimpiadanın qızıl və bürünc medalçısı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında nail olub. 97 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan yarımfinala vəsiqə qazandığından ilk “altılıq”da yerini təmin edib.