Bakıda 18 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Bəxtiyarova Həmidə Elçin qızı Təbriz küçəsində yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. H.Bəxtiyarovaya üzün çoxsaylı sıyrılmış və əzilmiş yarası diaqnozu qoyulub.
Fakla bağlı araşdırma aparılır.