Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına bu gün sərbəst güləşçilərin 4 çəki dərəcəsi üzrə final görüşləri ilə yekun vurulacaq.

Unikal.org xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü final qarşılaşmasına çıxacaq. Artıq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Şərif Şərifov (97 kq) rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayevlə üz-üzə gələcək.

Qeyri olimpiya çəkisində isə Cəbrayıl Həsənov (79 kq) ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq. Onlar ardıcıl ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.