İqtisadi böhranla mübarizə aparan Haitidə senat, baş nazirin təyin edilməsi üçün toplantı keçirib. Deputatlardan biri Ralf Fethiere, parlament binası qarşısında ona qarşı etiraz edən vətəndaşlara hücum edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, daxili qarışıqlığın və siyasi qeyri-müəyyənliyin davam etdiyi Haitidə qan donduran bir hadisə yaşandı. İşsizlik, bahalılıq və səfalət içində yaşayan bəzi haitililerin reaksiyasını susdurmaq üçün Jean Marie Ralf Fethiere silaha əl atıb. Üzərində daşıdığı tapança ilə ətrafa atəş açan Fethiere biri jurnalist olmaqla iki şəxsi vurub.

Parlament binası qarşısında qorxu dolu anlar yaşanıb.

Hadisə yerinə təcili yardım avtomobilləri ezam olunub.