Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Unikal.org xəbər verir ki, qəbulda şəkərli diabet, sonsuzluq, inkişaf anomaliyaları və digər xəstəliklərin müalicəsi ilə bağlı müraciətlər olub. Səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı
Səhiyyə komitəsinə müraciət edən insanlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də qəbulda iştirak etmişdir. Seçicilər isə, əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi. Bununla yanaşı bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması üçün göstərişlər verildi.