AK Partiyanın İstanbul Millət vəkili Şirin Ünalın evində bir ildir ki, xadimə işləyən 23 yaşlı Nadirə Qədirova adlı qadın intihar edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, özbək əsilli qadın özünü millət vəkilininin lisenziyalı silahı ilə özünü öldürüb.
Bildirilir ki, N.Qədirova yaxın rəfiqəsi Leyla adlı qıza ölmədən bir gün öncə ölmək istədiyini deyib: "Çox pis şeylər olur. Mən böyük qardaşım üzünə necə baxacağam? Ölmək istəyirəm".
N.Qədirovanın intiharıyla bağlı səlahiyyətli şəxslər səssiz qalsa da böyük qardaşı Məhəmməd Əli Qədirov jurnalistlərə açıqlama verib:
"Bacımın intihar etməsini üçün heç bir durum yox idi. Yaxın zamanda universitet imtahanı üçün kursa başlamaq istəyirdi. Bildiyimiz qədəriylə Nadirə saat 08.48-də millət vəkili Ünala aid tapançayla ürəyinə atəş edib. Nadira Bilkent Xəstəxanasına aparıldı və xilas etmək mümkün olmayıb. Məlumata görə, ölümü 09.50-də baş verib. Bacım 4 ildir Türkiyədə yaşayırdı. Heç bir problemi də yox idi. Bu intihar hadisəsi bizi təəccübləndirdi.
Bundan əlavə məhkəmə ekspertizasıındakı əməliyyatlar millət vəkilinin dövrəyə girməsiylə reaktiv sürətiylə tamamlandı. Bu gün 22.00-da cənazəni təyyarə ilə ölkəmizə aparacağıq".
Bildirilib ki, AK Partiya Millət vəkili Şirin Ünal evdə olduğu vaxt N.Qədirova intihar edib.