Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Azərbaycan Müdafiə Nazirliyindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil:
"Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir".