ABŞ-da Meqan Uillis adlı qadın ərindən boşandıqdan sonra özünə yeni sevgili tapıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun yeni sevgilisi toylarında DJ-lik edən 49 yaşlı Mark Stondur. 2016-ci ildə evləndiyi ərindən boşanan Meqanın yeni sevgilisi özündən23 yaş böyükdür.
Meqan 2015-ci ildə DJ Mark Stonla bacısının vasitəsi ilə tanış olub və 1 il sonra baş tutacaq toylarında DJ-lik etməsini xahiş edib.
Xoşbəxt ailə quran qadın 1 il sonra əri ilə münasibətləri pisləşib və problemlər yaşayıb. Bu müddət ərzində DJ Markla dost olub bir-birinə dərtlərini danışmağa başlayıblar. Meqanın həyat yoldaşından ayrılma qərarını dəstəkləyən Mark həyat yoldaşından da boşanır. Onların dostluğu qısa müddətdə sevgiyə dönüşüb.
Avqust ayında hər ikisi sevgilsindən boşandıqdan sonra Şimali Karolinada birlikdə yaşamağa başlayıblar.