Səhiyyə Nazirliyi Bakıda meymunun dişlədiyi Böyük Britaniya vətəndaşının durumu barədə məlumat yayıb.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, ötən gün saat 21:11-də 58 yaşlı Böyük Britaniya vətəndaşı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.
"Həkimlər onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Kliniki Tibbi Mərkəzdən aldığımız məlumata görə, Böyük Britaniya vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır.
Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib", nazirlikdən bildirilib.