Konyada baldızının 2 uşağına cinsi təcavüz etmək iddiasıyla saxlanılan 47 yaşlı Y.S adlı şəxs sərbəst buraxılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, növbəti dəfə məhkəmə qarışısına çıxarılan şəxsin günahı tam sübuta yetirilmədiyi üçün onu həbsdən azad ediblər. Haqqındakı ittihamların qəbul etməyən Y.S məhkəmə qarşısında belə ifadə verib:
"S,nin söylədiyi tarixdə mən o ailə ilə küsmüşdüm, danışmırdıq. Belə bir şey etmədim. Cinsi təcavüz etmədim".
Təcavüzə məruz qaldığı iddia edilən uşaqların böyük bacısı Merve A. verilən qərara reaksiya verib:
"Bu necə ola bilər? Adam uşaqlara təcavüz edib, heç nə olmamış kimi gülə-gülə məhkəmədən çıxıb gedib. Bu uşaqların hüquqlarını kim qoruyacaq? Davamızın arxasındayıq. Əlimizdən gələni edəcəyik. Apellyasiya Məhkəməsinə müraciət edəcəyik".