Antalyada haqqında uzaqlaşdırma qərarı qəbul edilən 43 yaşlı Hilmi Yılmaz ondan boşanmaq istəyən həyat yoldaşı 32 yaşlı Gülseren Yılmaz vəhşicəsinə öldürüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o 15 ildir evli olduğu, iki övladının anasını 14 bıçaq zərbəsi ilə qətlə yetirib. Cinayətkarı əməli törətdikdən sonra polisə gedərək təslim olub.
Gülseren Yılmazın atası Ali Bayrak açıqlamasında belə deyib:
"Bir ay öncə mübahisə etmişdilər. Önəmli bir şey yoxdu, gedib gəlirdi. Sonra gizlincə plan quraraq gəlib, qapını qırııb və öldürüb. Mənə də "Qızını öldürdüm. Təslim olmaya gedirəm" deyə zəng etdi".