Bursada 33 yaşlı Sadık Y. bir müddətdir evini tərk edən və boşanmaq üçün məhkəməyə baş vuran həyat yoldaşının onunla görüşmək istəyinə mənfi cavab verməsindən sonra intihara əl atıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qayınatasının evinin önündəki elektrik dirəyinə bağladığı ipi boynuna keçirib və özünü boşluğa atıb. Bu zaman Sadık Y ərazidəki polislər trəfindən ölümdən son anda xilas edilib.
Bu zaman hadisə yerinə gələn həyat yoldaşının dedikləri qan dondurub.
Belə ki, ölümdən son anda qurtarılan Sadık.Y "məni niyə xilas etdiniz" deyə reaksiya verib. Evdən çıxan həyat yoldaşı Y.Ş. isə "Mənə nə" deyib. Bu zaman polislər gənc qadını hadisə yerindən uzaqlaşdırıb.
Xəstəxanaya aparılan kişinin vəziyyətinin normal olduğu deyilib. Hadisə ilə bağlı araşdırma aparılır.