Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.

Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olmayıb.